Lenin ovu davam edir

28 Yanvar 2015 13:20
Ukraynada kommunist lideri Vladimir İliç Leninin heykəllərinin yıxılması davam etdirilir.

Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, ötən gecə Zaporojye şəhərində də Leninin heykəli aşırdılıb. Heykəlin kim tərəfindən aşırdıldığı məlum deyil.

Xatırladaq ki, Ukraynada Leninin heykəllərinə qarşı "müharibə" 2013-cü ilin sonlarında başlayıb. Ümumilikdə 300 heykəl dağıdılıb.

Milli.Az