Onlar "Barselona"ya qarşı oynamayacaqlar

28 Yanvar 2015 12:04

"Atletiko" İspaniya Kubokunun 1/4 finalında "Barselona"ya qarşı cavab matçına ciddi itki ilə çıxacaq.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid klubundan Koke Tiaqo Mendeş sözügedən oyunu buraxacaq. Buna səbəb hər iki futbolçunun zədəli olmasıdır.
 

Qeyd edək ki, "Atletiko" - "Barselona" matçı bu gün keçiriləcək. Bu komandalar arasında ilk oyunda "Barselona" 1:0 hesabı ilə qalib gəlib.

Milli.Az