İsmayıllıda ev yandı

27 Yanvar 2015 09:44

Alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb

İsmayıllı rayonunda yaşayış evində yanğın baş verib.

Anspress-in FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Güyüm kəndində meydana gəlib.

Bildirilir ki, vətandaşa məxsus ümumi sahəsi 124 kv.m olan kürsülü birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqadakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az