Məşhur idmançını tumanınacan soyundurdu - VİDEO

20 Dekabr 2014 17:45
Mərakeşdə keçirilən FİFA klublararası dünya çempionatında maraqlı hadisə baş verib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Meksikanın "Krus Asul" və İspaniyanın "Real" Madrid klublarının qarşılaşmasından sonra "Kral" klubunun qapıçısı İker Kasilyas paltardəyişmə otağına gedən zaman bir azarkeş yaxınlaşaraq ondan şortikini istəyib. Adətən azarkeşlər futbolçulardan formalarını istəsələr də, bu dəfə əksinə olub. Kasilyas azarkeşin istəyini yerinə yetirərək şortikini əynindən soyunaraq ona verib.
 
Qeyd edək ki, "Real" "Krus Asul"u 4-0 hesabı ilə məğlub edərək finala çıxıb. Bu gün baş tutacaq final görüşündə İspaniya nəhəngi Argentinanın "San-Lorenso" klubu ilə qarşılaşacaq.




Milli.Az