Əsgər Abdullayev: "Millini çalışdırmaq təklifi almışam"

18 Dekabr 2014 16:41

"Araz Naxçıvan"ın sabiq baş məşqçisi Əsgər Abdullayevin işsiz günləri qısa çəkə bilər.

Milli.Az xəbər verir ki, bu barədə apasport.az saytına açıqlamasında təcrübəli mütəxəssisin özü məlumat verib.
  

O bildirib ki, yeni ildən 21 yaşadək futbolçulardan ibarət yığmanı çalışdırmağa yaxındır: "Məşqçilər Komitəsinin üzvləri mənimlə əlaqə saxlamışdılar. Mənə verdikləri "U-21-in baş məşqçisi işləyərsən?" sualını müsbət cavablandırdım. Amma təbii ki, bu məsələdə son sözü AFFA rəhbərliyi deyəcək".
  

Qeyd edək ki, Əsgər Abdullayev 2000-2002-ci illərdə U-21 yığmamızı çalışdırıb.

Milli.Az