Milli Məclisin iclasında "Dərman vasitələri haqqında" Qanuna əlavə müzakirəyə çıxarılıb. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, layihənin mahiyyəti dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətinin müvafiq icra hakimiyyəti vasitəsilə dövlət tərəfindən tənzimlənməsinin təklif edilməsindən ibarət olub. Qanunda "dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi" sırasına yeni maddə - "dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi" maddəsi də əlavə edilir. Eyni zamanda, qanuna "həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir" maddəsi də əlavə olunub. Layihə səsə qoyularaq qəbul olunub.Vahid qiymət tələbi dərman bazarına ciddi təsir göstərəcək