Putin Türkiyəyə gedir

25 Noyabr 2014 10:59

Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Türkiyəyə səfər edəcək

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak edəcək.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş də keçirəcək.

İclasda iki ölkə arasında enerji və iqtisadi-ticarət sahələr başda olmaqla, əməkdaşlığın geniş spektri, eləcə də beynəlxalq problemlər müzakirə olunacaq. Bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Milli.Az