Allah-Təala ona bildirdi ki, yaşı qırxın üzərində olanlar müqəddəs torpaqlara gedə bilməyəcəklər. Maraqlıdır ki, Həzrəti Musanın da yaşı qırxdan artıq idi. Allah-Təala bu hökmündə istisna yeri qoymamışdı, yəni Həzrəti Musa da o torpağa yetişmədən dünyasını dəyişən qullardan olacaqdı. Amma Allah-Təala öz sevimli Peyğəmbərinə sanki özəl bir lütf elədi. Belə ki, Həzrəti Musanın dəfn olunduğu yerdən baxanda həmin o müqəddəs torpaqlar görünür.