Bir neçə gün əvvəl avtosfer.az saytında 90 MP 090 dövlət nömrə nişanı, "İnfiniti" markalı avtomobilin Mərdəkan qəsəbəsində avtoxuliqanlıq etməsi barədə məlumat vermişdik. Sonradan həmin avtomobillə bağlı apardığımız araşdırmalar zamanı maraqlı məlumatlar əldə etdik. Məlum oldu ki, həmin nömrəli avtomobil Rauf adlı şəxsə məxsusdur və bu nömrənin olduğu avtomobillərlə "avtoş"luq edir."Avtoş"luq videolarını sosial şəbəkələrdə yayan şəxs DYP-nin sistemində mövcud olmayan bu nömrəni 4 maşının üstünə bağlayıb