Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki İmran Nəcəfov deyib."2014-cü ilin 9 ayı ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 104 fakt üzrə 23 cinayət işi başlanıb. Həmin faktların 97-si insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 2 fakt insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub"