"Futbolçularımın günahı yoxdur"

22 Oktyabr 2014 12:33

"Roma"nın baş məşqçisi Rudi Qarsiya Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Bavariya"ya uduzduqları oyunu şərh edib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, 1:7 hesablı məğlubiyyət haqda bunları deyib:

"Məğlubiyyətin səbəbkarı özüməm. Futbolçularımın günahı yoxdur. İlk hissədə yanlış taktika ilə oynadıq. Daha çox müdafiə olunmalı və əks-hücumlarda qol vurmağa çalışmalı idik. Topa nəzarət edən "Bavariya" idi".

Milli.Az