Bakıda 88 avtomobil oğurlanıb

20 Oktyabr 2014 14:34

Bu ilin 9 ayı ərzində paytaxt ərazisində 88 avtomobil oğurlanıb

Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə bildiriblər ki, cinayətkarlıqda mübarizə tədbirləri nəticəsində onlardan 66 cinayətin üstü açılıb və cinayətkarlar məsuliyyətə cəlb ediliblər. Oğurlanmış avtomobillərlə bağlı 22 cinayətin isə üstü açılmamış qalıb. Hazırda həmin istiqamətdə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hesabat dövründə paytaxtın yol polisi əməkdaşları tərəfindən qanunsuz olaraq silah gəzdirən bir nəfər tapança ilə tutulub. Bundan başqa, axtarışda olan 6 cinayətkar tutulub, qanunsuz olaraq narkotik maddə saxlama ilə əlaqədar isə 4 fakt aşkar edilib.

Milli.Az