Oğuz Çətin: "Bizim hədəflərimiz, onların isə arzusu böyükdür"

20 Oktyabr 2014 12:24

"Son iki həftədə xallar qazanmışdıq. Bunu davam etdirmək lazım idi. Çünki ilk həftələrdə xallar itirmişdik. "Bakı" ilə oyunda yaxşı oyun sərgiləyib, üç xal qazandıq".
 

Milli.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çətin "Bakı"ya qalib gəldikləri oyundan (4:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
 

Türkiyəli mütəxəssis bu qələbəni unudub, qarşıdakı oyun haqda düşünməli olduqlarını bildirib: "Bizim hədəflərimiz böyükdür. Qarşıda bizi "Qarabağ"la çətin oyun gözləyir. Bu oyunu unutmalıyıq və qarşıdakı oyuna hazırlaşmalıyıq. "Bakı"nın hədəfləri böyük olmasa da arzusu böyükdür".

Milli.Az