"Peşmərgə"lər İŞİD-ə divan tuturlar - VİDEO

1 Oktyabr 2014 13:42

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin silahlı dəstələri olan "peşmərgə"lərlə "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçuları arasında amansız döyüşlər davam edir.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, peşmərgələr İŞİD-in ələ keçirdiyi Əyn əl Ərəb şəhərinin ətrafında döyüşürlər. Suriya-Türkiyə sərhədinin yaxınlığındakı bu şəhərin həndəvərindəki döyüşlərdə İŞİD-ə ağır zərbələr endirilir.
 

Mosulun Rabiə nahiyəsi və Mahmudiyyə kəndi də İŞİD-dən azad olunub.
 

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin.