İki nəhəng belə toqquşdu - VİDEO - FOTO

1 Oktyabr 2014 09:45
Misirdəki Süveyş kanalının tarixində ən böyük qəzalardan biri yaşanıb.

Almaniyanın "MV Colombo Express" konteynerdaşıyan gəmisi Sinqapur bayrağı altında üzən "M.V. Maersk Tanjong" konteyner gəmisi ilə toqquşub.

Qəzanın səbəbkarı "M.V. Maersk Tanjong" idi.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu nəhəng gəminin zərbəsi nəticəsində "MV Colombo Express"in göyərtəsində 21 metrlik əyinti yaransa da, supergəmilərin ikisi də yollarına davam ediblər.
 

Lakin Süveyş kanalının administrasiyası olayın səbəbləri və təfərrüatları aydınlaşdırılana qədər gəmilərin ikisinin də hərəkətinə müvəqqəti həbs qoyub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.