Güclü külək Sumqayıtda binanın damını uçurtdu - FOTO

30 Sentyabr 2014 17:06
Bu gecə Sumqayıt şəhərində müşahidə olunan küləkli hava bəzi yerlərdə fəsadlara səbəb olub. Sumqayitxeber.com-un məlumatına görə küləkli hava şəraiti Sumqayıt şəhər, 13-cü mikrorayon 37-ci evin dam örtüyünə ciddi zərər vurub.

Külək dam örtüyünü binanın həyətinə atıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, küləkli və yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.