Son illərdə insanlar daha çox hazır qidalara üstünlük verirlər. Hər kəsin "fast food" kimi tanıdığı qidalar qısa müddətdə hazırlanan və servis olunan ərzaqlara deyilir. Tərcümə lüğətlərində bu sözlər ayrılıqda fast - tez, food - qida mənasını verir. Beləliklə, qısa müddətdə hazırlanan və servis edilən qidalar insanların sevimli yeməyinə çevrilir. Sifariş edilən qidaların birbaşa çatdırılma mexanizmi də insanların onlardan daha çox istifadəsinə səbəb olur. Bəs hansı yeməklər "fast food" adlandırılır? Bu qidaların insan orqanizminə zərərləri nədən ibarətdir?"Fast food"lar insan orqanizmində böyük fəsadlar törədir