7 ildir kiçicik "dövlət"lərini qurub yaratmaqla məşğuldurlar. Bu "dövlət"in qurulması müddətində mübahisələri də düşüb, bir-birlərini anlamadığı vaxtlar da olub. Amma əsas odur ki, bu, ailələrinin təməlinə heç bir maneə törətməyib. Çünki bir-birini, ətrafındakıları da sevgiylə əhatə etməyi bacarıblar. Müsahiblərimiz TRT-nin Bakı təmsilçiliyində müxbir kimi çalışan Firuzə Qurbanlı və özəl klinikalardan birində diş həkimi işləyən Rəşad Qurbanovdur.Firuzə Qurbanlı: "Rahatlıqla bir-birimizi sevdiyimizi etiraf edirik"