Ledi Qaqa səhnəyə çiyinlərdə getdi - FOTO

19 Sentyabr 2014 11:54

Dünyanın ən məşhur və ekstravaqant müğənnilərindən biri, amerikalı Ledi Qaqa "The ArtPop" qastrol turnesi çərçivəsində Yunanıstanın paytaxtı Afinada konsert verib.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 28 yaşlı müğənni səhnəyə Botiçellinin "Veneranın doğuluşu" tablosundakı Venera obrazında çıxıb.

Onu səhnəyə rəqqaslar çiyinlərində aparıblar.
 

Ledi Qaqanın geyiminin müəllifi türk modelyer və dizayner Zeynep Tosundur.
 

Xatırladaq ki, Afinada olduğu zaman Ledi Qaqa otelin vanna otağında çılpaq və yarıçılpaq fotolarını çəkdirərək İnstagram-dakı profilində yaymışdı.

Sentyabrın 23-də isə Ledi Qaqanın dünya cazının canlı əfsanəsi Toni Bennetlə duet oxuduğu mahnıların yer aldığı "Cheek to Cheek" albomu satışa çıxarılacaq.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.