Avropa Parlamentindən çağırış

18 Sentyabr 2014 18:55
Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Rusiya ilə energetika sahəsində əməkdaşlıqdan imtina etməyə çağırıb

Avropa Parlamenti Avropa İttifaqına üzv olan ölkələri Rusiya ilə energetika sahəsində, o cümlədən "Cənub axını" qaz kəməri layihəsi ilə bağlı planlaşdırılan sazişləri ləğv etməyə çağırıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Avropa Parlamentinin "Ukraynada vəziyyət və Avropa İttifaqı-Rusiya münasibətlərində bu ölkənin rolu" adlı qətnaməsində bildirilir.
 
Avropa Parlamentinin üzvləri Avropa İttifaqı ölkələrini Rusiya ilə münasibətlərə yenidən baxmağa, strateji tərəfdaşlıq konsepsiyasından uzaqlaşaraq yeni vahid yanaşma sərgiləməyə çağırıb.

Milli.Az