Azərbaycan Rusiya və İranla üçtərəfli "svop" neft tədarükünü müzakirə etməyə hazırdır

18 Sentyabr 2014 17:59
"Azərbaycan üçtərəfli "svop-saziş" modeli üzrə Rusiya üçün İran neftinin tədarükünün təşkilində iştirak etmək imkanına baxmağa hazırdır".

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Səfir bildirib: "Bizim elektrik enerjisi sahəsində əlaqələrimiz artıq qurulub. Bu ("svop" neft tədarükü - red.) mümkündür, lakin hələ konkretlik yoxdur".

Qeyd edək ki, Azərbaycan Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatını təmin etmək üçün İrana "svop" qaz tədarükləri həyata keçirir.

Milli.Az