Qurandakı "Allahın əli" və "Allahın gözü" ifadələrinin mənası nədir?

18 Sentyabr 2014 17:44
Milli.Az islam.az-a istinadən bildirir ki, Quranın bəzi ayələri möhkəm, bəziləri isə mütəşabehdir. Möhkəm ayələr zahiri mənada qəbul edilməsi vacib olan ayələrdir. Mütəşabeh ayələrin isə təfsirə və açıqlamaya ehtiyacı var.

Bəzi ayələrdə Allahın əlindən, yaxud gözündən danışılarkən, onların məcazi mənası nəzərdə tutulub. Məsələn, "Allahın əlləri açıqdır" (Maidə, 64) ayəsi Allahın səxavətinə, "Allahın əli onların əllərinin üstündədir" (Fəth, 10) ayəsi isə Allahın qüdrətinə işarədir.

"Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə bir sevgi yaratdım" (Ta-Ha, 39) ayəsindəki "göz" sözündən məqsəd Allahın lütf və mərhəmətidir.

Milli.Az