Azərbaycanlı müğənni:"Ölməsəm, sağ çıxsam..."

18 Sentyabr 2014 12:03
Vüqar Muradov: "Əməliyyata girirəm, ölməsəm, sağ çıxsam, görüşərik"
Azərbaycanlı müğənni Vüqar Muradovun səhhətində problem yaranıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə yazıb. Muradov bu səhər saat saat 10.50-də paylaşdığı statusda əməliyyata girdiyini bildirib.

"Allah heç kimə can ağrısı nəsib etməsin. Əməliyyata girirəm, ölməsəm, sağ çıxsam, görüşərik. Dua edin əziz və dəyərli dostlarım", - yazaraq müğənni sosial şəbəkə istifadəçiləri ilə dərdini bölüşüb.

Milli.Az