Mətbəx sirləri: Şokoladlı desert
26 Sentyabr 2014 07:00
Milli.Az çox dadlı şokoladlı desertin hazırlanma qaydasını təqdim edir
Tərkibi:
200 q tünd şokolad
500 q südlü şokolad
400 q nutella
150 q fındıq
Bu desert üçün 10x20x7 sm ölçüdə qab gərəkdir.
Tünd şokoladı su hamamında əridin. Fırçanın köməyi ilə onu qabın dibinə və divarlarına çəkin.
Qabı 2 dəqiqəlik soyuducuya qoyun. Sonra çıxarıb bir daha şokolad çəkin. Yenə dondurucuya qoyun.
Südlü şokoladı da su hamamında əridin. Fındığı xırdalayın.
Südlü şokolad, nutella və fındığı qarışdırın.
Bir neçə dəqiqə müddətində soyudun, sonra dibinə şokolad çəkdiyiniz qaba tökün. Qabın ağzına qida plyonkası çəkib soyuducuda 3 saat saxlayın.
Deserti qabdan çıxarmaq üçün iti bıçağı kənarlarından içəri salın, kəsin.
Nuş olsun!
Resept: vk.com/vkusnenki
Milli.Az