Daha bir fəhlə faciə yaşadı

16 Sentyabr 2014 13:33

Lənkəran şəhər sakini hündürlükdən yıxılaraq aldığı xəsarətdən ölüb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də Lənkəran şəhər sakini Əlövsət Axundov şəhərdə işlədiyi inşa edilən binanın 3-cü mərtəbəsindən yıxılıb. Ə.Axundov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az