Türk milyonçunun toyu qalmaqala döndü - FOTO

13 Sentyabr 2014 15:55

2009-cu ilin dekabrında Parisdə Rezzan Benarde ilə evlənən, 2011-ci ilin noyabrında boşanan türk iş adamı, milyonçu İbrahim Bitargil tanınmış türk qlamur ulduz Maya Portakal ilə evlənib.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, Hatay vilayətinin Arsuz rayonundakı "Arsuz Hotel"in çimərliyindəki toya İstanbuldan və Türkiyə xaricindən çoxsaylı qonaqlar qatılmışdılar.
 

Lakin qonaqların bir qismi toyun ertəsi gün zəhərləndiklərini deyərək xəstəxanalara aparılıblar.

Sən demə, onlar toyda verilən desertdən yeyərək zəhərləniblər.
 

İbrahim və Maya Bitargillər toyun ertəsi günü xəstəxanaları dolaşaraq qonaqlardan üzr istəyiblər.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.