Lampalar bizi izləyəcək

14 Sentyabr 2014 16:48
Mühəndislər sahibinin davranış tərzinə reaksiya verən lampa yaradıblar. Artıq yeni məhsul üçün ilkin sifariş açıqdır.

İşıq diodu lampası ətraf mühitin işıqlanması ilə əlaqədar dəyişikliyə və yaxındakı obyektlərin yerləşməsinə reaksiya verir. Bu məhsul onu yaradanların fikrincə, ağıllı evin elementlərindən biridir. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, lampa səhər və gecə saatlarında işıqlandırmanın dəyişilməsindəki intensivliyi izləyir, həmçinin öz sahibinin vərdişlərinə uyğun sazlanır. Lampaya quraşdırılmış datçiklər yalnız bina daxilindəki insanları izləməyə deyil, həm də işıqlandırmanın rəngini dəyişməyə imkan verir. Məsələn, sarı işıq rahatlıq gətirir, parlaq ağ iş daha çox iş və təhsil üçün uyğun gəlir.

İstehsalçılar bildiriblər ki, yeni məhsul böyük miqdarda elektrik enerjisinə qənaət edir. Texnoloji yeniliyin qiyməti 150 dollardan başlayır. 

Milli.Az