Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sentyabrın 2-də Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində "Hədəf" Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının daimi nümayəndəsi Antonius Broek və digər rəsmi şəxslər iştirak ediblər.Hava Nəqliyyatında Baş Gömrük İdarəsində "Hədəf" Mərkəzinin açılış mərasimi keçirilib