Bakıda bayraq endiriləcək

29 Avqust 2014 15:54

Küləklə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək

Bu gün axşam saatlarından Bakıda bayraq endiriləcək.

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən anspress-ə verilnə məlumata görə, Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı hava sabitləşənədək endiriləcək.

Bayraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən endiriləcək.

Milli.Az