İnternat məktəbləri dedikdə, çoxlarının təsəvvüründə kimsəsizlərin oxuduğu, daimi qaldığı təhsil müəssisəsi canlanır. Burada əslində kimlər təhsil almalıdır, hazırda internatlarda durum necədir? Bunları araşdırdıqda maraqlı məqamlarla rastlaşdıq. Ümumtəhsil internat məktəbləri aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, yetim və valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkilində, onların xalqımızın milli ənənələri ruhunda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsində mühüm əhəmiyyətə malik təhsil müəssisələridir.Ekspertlər bu tipli müəssisələrin ləğvini, ailə tipli uşaq evlərinin yaradılmasını təklif edirlər