Şok: yeni doğulmuş uşaq 2 gün parkda qaldı - FOTO

1 Avqust 2014 11:58

Polşanın İlava şəhərinin sakinləri şokdadır. Burada yayılmış xəbər inanılmaz təsir bağışlasa da, həqiqətdir.

İolanta Jarneçka uşaq doğandan sonra işə qayıdıb, körpəsini isə parkda kolluğun altına atıb.
 

Kolun dibində iki sutka qalan körpənin ağlamağını eşidən qadın onu görüb və polisə xəbər verib.
 

Milli.Az European-a istinadən bildirir ki, şəhərdəki şirkətlərdən birində çalışan İ.Jarneçka məhkəmədə deyib: "İşdə olanda doğuş sancılarım tutdu. Ofisdən çıxdım, yaxınlıqdakı parka getdim. Orada kolluqda doğdum. Uşağı özümlə götürə bilməzdim. Çünki bu uşağın atası məni aldatdı, evlənəcəyini dedi, amma sözünün üstündə durmadı. Uşaqla ata-anamın qarşısında peyda ola bilməzdim".
 

Əslən Varşavadan olan İ.Jarneçka doğduğu övladını gizlətmək, daha doğrusu, uşaqdan qurtulmaq üçün körpəni kolluğa atıb.

O, nikahda olmadığı üçün övladını kimsənin görməməsini istəyirdi.
 

Parka atılmış körpənin 2 sutka sağ qalması, yiyəsiz itlərə yem olmamasını polis möcüzə sayır.

30 yaşlı İolanta Jarneçkanı 5 il həbs gözləyir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.