Neft ucuzlaşdı

31 İyul 2014 11:40

Dünya bazarında neft ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,68 dollar ucuzlaşaraq 1 barelə görə 99,59 dollar təşkil edib.

APA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,30 dollar ucuzlaşaraq 106,21 dollar olub.

Milli.Az