Bakıda avtomobil 2 qadını vurub, piyadalardan biri ölüb
30 İyul 2014 14:01
Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 29-da saat 23 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Cəlal Nəcəfov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən şəxsiyyəti məlum olmayan 2 qadını vurub.
Xəstəxanaya yerləşdirilmiş qadınlardan biri ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Milli.Az