Con Kerri Ukraynaya gedəcək

29 İyul 2014 23:32

ABŞ-ın dövlət katibi Con Kerri bu yaxınlarda Ukraynaya səfər etmək niyyətindədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Con Kerri Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə Nyu-Yorkda keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

"Biz prezident Poroşenko və baş nazir ilə görüşmək üçün gələcək səfəri müzakirə etdik", deyə Kerri bildirib.
 

Milli.Az