Ledi Qaqa yenə imicini dəyişdi - FOTO

28 İyul 2014 13:25

Dünyanın ən ekstravaqant və qalmaqallı müğənnilərindən olan Ledi Qaqa Nyu-Yorkda yeni konsertinə hazırlaşır. O, canlı əfsanə Toni Bennetlə birlikdə səhnəyə çıxacaq.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 28 yaşlı müğənni konsert ərəfəsində ciddi məşqlər edir. Məşqlərlə bahəm, Ledi Qaqa fotosessiyaları da unutmur.

Dünən o, Nyu-Yorkdakı Mərkəzi Parkda köpəyi Eyşa ilə birlikdə kameralar qarşısına keçib.
 

Bu dəfə müğənni "Drama kraliçası" obrazında idi. Sinəsi dərin dekolteli zümrüd rəngli paltarda olan Ledi Qaqa 20-ci əsrin əvvəllərinin film qəhrəmanlarına bənzəyirdi.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.