Azərbaycanda dəmir yolu stansiyasında yanğın olub

25 İyul 2014 19:40

Yanğın söndürülüb

Güzdək Dəmir Yolu Stansiyasında yanğın olub.

Milli.Az bildirir ki, anspress-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Abşeron rayonunda yerləşən Güzdək Dəmir Yolu Stansiyasında ümumi sahəsi 45 kv/m olan postunun yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az