Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində ATƏT-in Minsk qrupunun fəaliyyəti haqda fikirlərini bölüşüb. O, Minsk qrupunun etimaddan danışmasını pisləyərək bunu əvvəlcə ermənilərə başa salmalı olduqlarını deyib. Ə.Həsənov onu da söyləyib ki, Azərbaycan artıq onlara inanmır və ATƏT-in Minsk qrupu demək olar ki, mahiyyətini itirib.Fikrət Sadıqov: "Bizim onlara inanmamaq üçün kifayət qədər əsasımız var"