Ötən gün 3 nəfər dənizdə boğulub

25 İyul 2014 16:45

Bakı şəhər sakini dənizdə çimərkən suda boğulub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 24-də Xəzər rayonunun Mərdəkan çimərliyində Bakı şəhər sakini Kənan Kişiyev dənizdə çimərkən suda boğulub.

Onun meyiti sudan çıxarılıb.

Bundan başqa, iyulun 24-də Xaçmaz rayonu Nabran kəndinin ərazisində Sumqayıt şəhər sakinləri Kərim Şirinov Bəhram Həmzəzadə dənizdə çimərkən suda boğulublar.

K.Şirinovun və B.Həmzəzadənin meyitləri sudan çıxarılıb.

Milli.Az