Paytaxtda 33 yaşlı kişi özünü öldürdü

25 İyul 2014 10:57

Bakıda intihar hadisəsi baş verib

Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ramin Mehdiyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az