Çay içmək üçün 35 milyon dollara kasa aldı - FOTO

25 İyul 2014 12:03

Çindəki 500 illik Min sülaləsi zamanı hazırlanmış kasalar arasında ən nadiri və bahalısı sayılan "Toyuqlu kasa" satılıb.

Çini kasa 1461-1487-ci illərdə hakimiyyətdə olmuş imperator Syanlunun dönəmində hazırlanıb.
 

Milli.Az Xinhua-ya istinadən bildirir ki, nadir kasa Honkonqdakı hərracda 35,67 milyon dollara satılıb.

Alıcı isə milyarder Lyu Yiqiandır.
 

Çinli milyarder zarafatla bildirib ki, kasanı çay içmək üçün alıb.

Hazırda dünyada cəmi 17 "Toyuqlu kasa" var.
 

Qiymətli kağızlar bazarındakı əməliyyatları ilə varlanmış 51 yaşlı şanxaylı Lyu Yiqian Çinin ən varlı 200 iş adamından biridir. O, varidatını incəsənət əsərlərini alaraq kolleksiya toplamağa sərf edir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.