"Muğanbank" ASC iyulun 1-nə olan maliyyə göstəricilərini açıqlayıb

24 İyul 2014 11:24
"Muğanbank" ASC aktivlərinin həcmi 2014-ci il iyulun 1-nə 364 670 min manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 % çoxdur. Bankın məcmu kapitalı isə 53 795,61 min manat təşkil edib.
 

Həmçinin, bankın depozit portfeli 125 591 min manata çatmışdır. 2014-cü ilin iyul ayına olan göstəricilərə əsasən, bankın kredit portfeli 16,1% artaraq 257 925 min manat təşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 222 224 min manat təşkil etmişdir.

Müvafiq dövr üzrə "Muğanbank" ASC-nin gəlirləri artmışdır. Belə ki, Bankın faiz gəlirləri 19 486,71 min manata, qeyri-faiz gəlirləri isə 8 392,94 min manata çatmışdır.
 

"Muğanbank" ASC-nin müvafiq dövr üçün likvidlik əmsalı 68%-dir.
 

"Muğanbank" ASC-nin hesabatları ilə aşağıda qeyd olunan linkdə tanış ola bilərsiniz:
https://www.muganbank.az/about/financial-reports/Financial-statements-2014/

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 38 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

"Muğanbank" ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə bilərlər.