Paytaxtın isti, bürkülü havasından qurtulmaq üçün minlərlə insan hər gün dənizə axışır. Qadağan nişanları da insanları dənizdən ayıra bilmir, sahilboyu cərgələnmiş çimərliklər hər gün dolub-daşır. Amma təmiz və pulsuz çimərlik harada var? Dəniz sahili kilometrlərlə hasarlanıb deyə indi pulsuz çimərlik tapmaq çətindir. Biz Bakı sakinlərinin və Bakıya yaxın rayonlarının əhalisinin üz tutduğu Şıx çimərliyinə yollandıq.Əməkdaşımız Xəzər sahillərində gördüklərindən yazır