Bakıda ayrı-ayrı şəxslərdən eyni miqdarda marixuana götürülüb

21 May 2014 10:59

Bakıda ayrı-ayrı şəxslərdən eyni miqdarda narkotik vasitə aşkar edilərək götürülüb

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Rafiq Cəbrayılovdan 485 qram marixuana götürülüb.

Yasamal RPİ 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Həbibovdan 485 qram marixuana götürülüb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az