Tələbəlik vaxtı maddi baxımdan çox çətinlik çəkib. Hətta otaqlarında qızınmaq üçün soba olmadığından imtahana metro stansiyasında hazırlaşdığı vaxtlar da olub. Amma buna baxmayaraq indiki Azərbaycan Tibb Universitetini adlı təqaüd və fərqlənmə diplomu ilə bitirib. Müsahibimiz Səhiyyə Nazirliyi Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatrlar Birliyinin prezidenti, Tibb Universitetinin uşaq xəstəlikləri kafedrasının müdiri, ölkənin baş pediatrı, əməkdar elm xadimi, professor Nəsib Quliyevdir.Professor Nəsib Quliyev: "Təyinatdan 20 gün keçəndən sonra bizə dedilər ki, səhiyyə naziri sizi qəbul edəcək"