Azərbaycanlı müğənni boşandı?

25 Aprel 2014 13:44
Müğənni Əbdül Xalid xanımından boşanıb?
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, tanınmış müğənni Əbdül Xalidin boşanmasıyla bağlı şayiələr yayılıb.

Müğənninin meneceri Rüstəm İsmayılov açıqlamasında bildirib ki, gəzən şayiələr ağ yalandır: "Bu söz-söhbətin kimlər tərəfindən yarandığını bilməsəm də, əmin olun ki, Xalid belə bir addım atmayıb. O, daima ailə həyatını bacardığı qədər mediadan uzaq saxlayıb. Hətta, sabah onlar ailəvi olaraq Şəkidə qohumlarının birinin toyunda birgə iştirak edəcəklər".

Qeyd edək ki,"N brothers" qrupunun eks-solisti Əbdül Xalid 2010-cu ildə Nigar adlı xanımla ailə qurub. Cütlüyün Mədinə adlı bir qız övladı var.

Milli.Az