"Mən deməzdim ki, Hüseyn Dərya rəhmətə getdi, mən deyərdim, rep rəhmətə getdi"

25 Aprel 2014 10:24
Milli.Az show.az istinadən bildirir ki, Hüseyn Dəryanın xatirəsinə klip çəkiləcək. Bu işdə müğənni Vasif Məhərrəmli və rejissor Kənan M.M. bir araya gəliblər. Vasif Məhərrəmli ilə Hüseyn Dəryanın duetinə klip çəkilməsi planlaşdırılır.

Müğənni bunu mərhum reperin fanatlarına hədiyyə edəcəyini bildirib. Kənan Mahmudov isə Hüseyn haqqında səsləndirdiyi fikirlərdə repçinin rəqiblərinə qısa ismarıc göndərib.

"Mən deməzdim ki, Hüseyn rəhmətə getdi, mən deyərdim, rep rəhmətə getdi. Kim inciyir-incisin. Əslində əfsanələr ölmür, sadəcə məkan dəyişir. Klip bir növ bədii-sənədli bir film kimi olacaq".

Milli.Az