Eurovision təmsilçimiz adaya yollanır

25 Aprel 2014 13:40

Dilarə Kazımova aprelin 25-də Maltaya yola düşəcək. O, ölkənin populyar TVPM və "Xarabank" teleşoularında iştirak edəcək. "Xarabank" teleşousunun efirində o, həmçinin özünün müsabiqə mahnısı olan "Start a Fire"ni təqdim edəcək.

Daha sonra "Magic Radio" və "Radio Malta"nın efirində sənətçi pərəstişkarları ilə ünsiyyətdə olacaq, "Eurovision-2014"ə hazırlıqlarından danışacaq.


Milli.Az bildirir ki, Dilarə Kazımova səfər haqqında danışarkən bildirib ki, Malta sehrli ölkədir: "Mən Malta barədə çox eşitmişəm və nəhayət ki, onu canlı görməyə imkanım olacaq. Ümidvaram, gəzintiyə və şəhərin sakinləri ilə ünsiyyətdə olmağa bir az vaxtım olacaq".


Xatırladaq ki, bu Dilarənin Eurovision promo-turu çərçivəsində Avropa ölkələrinə səfər edəcəyi sonuncu ölkədir.

Milli.Az