"Monako" baş məşqçisini qovur

18 Aprel 2014 12:04
"Monako" mövsümün sonunda baş məşqçi Klaudio Ranyerini istefaya göndərəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Fransa Kubokunun yarımfinalında "Monako"nun "Genqam"a məğlub olması (1:3) komanda rəhbərliyinin səbr kasasını daşırıb. İddia olunur ki, knyazlıq klubunun rəhbərliyi artıq Ranyerinin göndərilməsi ilə bağlı qəti qərar qəbul edib.

Onun yerini "Vest Bromviç"in keçmiş baş məşqçisi Stiv Klarkın tutacağı bildirilir.

Milli.Az