"Real"ın ulduzu "Barselona" ilə oyun haqqında danışdı

17 Aprel 2014 18:14
"Real" (Madrid) klubunun gənc futbolçusu İsko dünən "Barselona" ilə baş tutan kubok oyunu haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İsko İspaniya mətbuatına açıqlamasında mövsümü daha çox titulla başa vura biləcəklərini deyib: "Barselona" ilə oyun böyük güc tələb edirdi. Buna baxmayaraq qələbə qazanmaqla kuboka sahib çıxdıq. Bu zəfər mövsümün qalan oyunları üçün bizə əlavə stimul olacaq. Əgər belə oynamağa davam etsək, digər titulları da qazanacağıq".

Qeyd edək ki, finalda "Barselona"ya 2:1 hesabı ilə qalib gələn "Real" kuboka sahib çıxıb.

Milli.Az