Qvardioladan pessimist açıqlama

16 Aprel 2014 13:01

"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola komandasının son çıxışlarını dəyərləndirib

Qol.Az-ın məlumatına görə, "L'Equipe"ə danışan ispaniyalı mütəxəssis "Bavariya"nın Bundesliqada sərgilədiyi son oyunla Çempionlar Liqasının finalına yüksələ bilməyəcəyini bildirib:

"Əgər belə oynamağa davam etsək, o zaman Çempionlar Liqasının da finalına yüksələ bilməyəcəyik. Komanda hazırda təhlükəli vəziyyətdədir. Futbolçular oyuna köklənə bilmirlər, çox gec düşünür və ləng hərəkət edirlər. Bütün bunlar yaxşı oyun sərgiləməyimizə mane olur".

Qeyd edək ki, Bundesliqada çempionluğunu elan edən "Bavariya" Çempionlar Liqasının yarımfinalında "Real" (Madrid) klubu ilə qarşılaşacaq.

Milli.Az